Aqrar Kredit və İnkişaf Agentliyi payızlıq əkinlərə görə daha 17000 bəyan üzrə subsidiya ödənişi həyata keçirib. Ümumilikdə aprelin 30-dək AKİA tərəfindən payızlıq əkinlərə görə 274619 fermerə subsidiya ödənilib. 

Unikal.org xəbər verir ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.