Ziyalılar forumunun “obiyektivliyi”
12:50 02-02-2013
CƏMİYYƏT
Əkrəm Əylisli ermənidir?
Yarıtmaz və yaramaz bir neçə icra başçısının əməli nəticəsində bəzi rayonlarda insanların etiraz dalğası oldu. Buda təbiidir. Çün ki, bir rayonun icra başçısı rayonda fəaliyyət göstərən sahibkarı sıxırsa, sadə vətəndaşı əzirsə aqibətləri belə olmalıdır. Təbii ki, yarıtmazlığın aqibəti onun evinin yanmasıyla nəticələnməliydir. İndi də yarıtmaz başqa bir hadisə ilə davam edək. Bu dəfə ki, yarıtmazlıq isə xalq yazıçısı Əkrəm Əylislidən gəldi. Milli dəyərlərə, azərbaycanlı ləyaqətinə tüpürən yazıçı “Daş yuxular" əsəri ilə ermƏnilƏrƏ qardaşlıq əlini uzatdı.
Erməni ucalığını yaratmaq üçün azərbaycanlı mənliyini ayaq altına atdı. Xalq yazıçısının xalqı təhqir etməsində ən gülməlisi isə budur ki, o yazdıqlarına bəraət qazandırmaq üçün xalqın üzünə durmağa çalışır. Azərbaycanın tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, gəncləri Əkrəm Əylislinin bu əməlini sərt şəkildə tənqid edərək etirazlarını bildirdilər,hətta şəkilini yandırdılar,necə ki, Serj Sərksyanın şəkilini yandırmışdılar. Bu əslində Əkrəm Əylislinin naqisliyinƏ olan etiraz deyildi, həm də 20 ildir Azərbaycan torpaqlarını işğal edən, Xocalı faciəsini törədən erməni naqislərinə və onların havadarlarına olan etiraz idi. Çoxlarının "Qarabağ artıq unudulub"- dediyinin əksinə olaraq həm də aydın oldu ki, Azərbaycan xalqı heç nəyi və heç kimi unutmayıb, unutmayacaqda. O cümlədən Əylisli kimi birinin yazdığı boş hədyanları. Amma burda diqqətimi cəlb edən bu oldu ki, xalqın etirazına nədənsə nə müxalifətdən, nə də elə Əkrəm Əylislinin də təmsil olunduğu Ziyalılar Forumundan dəstək gəlmədi. Bax maraqlısı da elə budu. Ona görə maraqlıdır ki, "mən xalqım üçün çalışıram,xalqım üçün mübarizə aparıram"-deyən İsa Qəmbər, Əli Kərimli, Rüstəm İbrahimbəyov nədənsə bu dəfə xalqın yanında olmadılar.
Bu naqisliyə reaksiya vermədilər. Xalqının təhqir olunmasına hələ sevindilər və bunu siyasiləşdirərək öz xeyirlərinə istifadə etməyə çalışdılar. Doğurdan da dəhşətlidir, prezident olmağa, bu dövləti idarə etməyə iddialı olan bu şəxslər xalqının təhqirinə göz yumdu və yumurlarda. Çünki Əkrəm Əylislinin xalqı və ya kimisə təhqir etməsi onlar üçün önəmli deyil. Onlar üçün önəmli olan budur ki, Əkrəm Əylisli onların yanındadır. Mağara düşüncəli bu insanlar üçün əsas məsələ budur ki, əgər bir şəxs onu müdafiə edirsə, o şəxs cinayətkar olsada onlar tərəfindən qorunmalıdır. Yadınıza salın, Fəhrad Əliyev, Əli İnsanov nazir olanda müxalifəti təhqir edir, alçaldır və hər addımda vururdu. Müxalifətdə öz növbəsində ona qarşı eyni üsuldan istifadə edirdi. Amma sabiqlər həbs olunan kimi, onlardan pul qazanmaq üçün müxalifət az qala onları lider elan etmək istədilər. İndi isə bu rolu Əkrəm Əylisli oynayır. “Biz ziyalılar milli-mənəvi dəyərlərimizi qorumaq üçün bir aradayıq"-deyən Ziyalılar Forumunun üzvləri bu gün gözə görünmür,elə bil gözləri kor ,qulaqları kardılar. "El" təşkilatı yaradıb milli əxlaqımızı qoruyacaqlarını deyən bu ziyalılar indi meydanda yoxdular və elə onların milli dəyərlərinə tüpürən Əkrəm Əylisliyə nə söz deyə bilir, nə də onu tənqid edə bilirlər. Budurmu ziyalı mövqeyi? Budurmu milli dəyərləri qorumaq? Maraqlıdır, bəs sabah təsadüfdən bunlar hakimiyyətə gəlsələr nələr olacaq? Bu gün Qarabağ həqiqətlərini dünyaya çatdırdığımız, Xocalı soyqırımını dünyaya tanıtmağa çalışdığımız bir zamanda xalq yazıçısı dünyaya azərbaycanlıların vəhşi olduğunu deyir. Və Azərbaycanda "milli" hakimiyyət quracağını deyən Ziyalılar Forumu buna göz yumur, fürsət tapanda isə müdafiə edir. İndiyə qədər istər İsa Qəmbər, istər Əli Kərimli, istərsə də Ziyalılar Forumu şikayət edirlər ki, xalq ayağa qalxmır, siyasi aktivlik göstərib onlara qoşulmur. Baxın, xalq ona görə sizlərin yanında olmur ki, sizlər xalqın yanında deyilsiniz. Sizlər bu xalqı təhqir edən Əkrəmlərin yanındasınız. Amma sizləri qınamaqda olmaz. Çünki sabah Əli Kərimlisi, İsa Qəmbəri, Rüstəm İbrahimbəyovu Əkrəm Əylislini qınayarsa,oda qayıdıb soruşa bilər. Soruşar ki, İsa Qəmbər 3 ay öncə Gürcüstanda erməni partiyası ilə əməkdaşlıq sazişi imzalayan sən deyildinmi? Soruşar ki, Rüstəm İbrahimbəyov, ermənilərin sağlığına badə qaldırıb, Bakı erməniləri üçün darıxdığını deyən sən deyildinmi? Bu suallara isə yəqin ki, cavab tapa bilməyəcəkdilər. Elə ona görə bəri başdan susmaq ya da ƏkrƏmlƏşmƏk onlara daha çox sərf edir.
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00