Mayın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.
Unikal.org-un məlumatına görə, iclasda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə birinci oxunuşda baxılması gözlənilir.
Qanun layihədə şəffaflıq və hesabatlılığın artırılması, düzgün rəqabətliliyin daha da artırılması, mikro, kiçik və orta sahibkarlarının inkişafına, onlar üçün əlverişli biznes şəraitinin, həmçinin dövlət vəsaitlərinin qənaətlə və düzgün istifadə olunmasına dair dəyişikliklər planlaşdırılır.
İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri də iştirak edəcəklər.