Qarşıdan gələn bayramlarla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 10, 11, 12 və 15 may tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Unikal.org xəbər verir ki, bu barədə DGK-nın yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilərlər.