Türkiyədə son sutka ərzində 278 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 20 min 107 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 998 min 089, pandemiya qurbanlarının sayı isə 42 min 465 nəfərə çatıb.
Türkiyədə indiyədək 4 milyon 662 min 328 pasiyent (son sutkada 35 min 529 nəfər) sağalaraq evə buraxılıb.