ABŞ-ın Texas ştatında həbs olunan İran vətəndaşı Mehirdad Anasarı 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Unikal.org İran mətbuatına istinadla xəbər verir ki, “Gulf Gate Sea Cargo LLC” şirkətinin sahibi olan iranlı hərbi xarakterli məhsulları ABŞ-dan alaraq İrana göndərməkdə və bununla da sanksiya rejimini pozmaqda ittiham edilir. İstintaq zamanı müəyyən olunub ki, şirkət 63 ABŞ şirkəti ilə 599 maliyyə əməliyyatı həyata keçirib və onlardan müxtəlif hərbi məhsullar alıb. Lakin aldığı məhsulları İrana göndərəcəyini gizlədib.
İstintaq iddia edir ki, alınan məhsullar nüvə silahı yaratmaq üçün istifadə oluna bilər. Bu səbəbdən də M. Ansari həbs olunub və sentyabrın 1-də onun ilk məhkəməsi Texasda keçiriləcək. ABŞ qanunlarına görə, məhkəmə iranlı iş adamının təqsirini sübuta yetirsə, onu 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.