Sadıq Xan yenidən Londonun meri seçilib.
Unikal.org
xəbər verir ki, Leyboristlər Partiyasından Sadıq Xan ikinci dəfə Londonun meri seçilib.

O ən yaxın rəqibi Mühafizəkarlar partiyasından olan Shaun Baileyni 55.2 faiz səs çoxluğu ilə məğlub edib.
Sadıq Xan bildirib ki, londonluların bu möhtəşəm şəhərə rəhbərlik etmək üçün yenidən ona etimad etdikləri üçün təşəkkür edir.
Qeyd edək ki, Sadıq Xan bu vəzifəyə ilk dəfə 2016-cı ildə seçilib. O, hazırkı baş nazir Boris Consonun yerinə seçilib. Xatırladaq ki, London meri üçün seçkilər əslində ötən il keçirilməyi planlaşdırılsa da koronavirus səbəbindən bu ilə təxirə salınmışdı.