"Qarabağda vuruşmuş erməni terrorçularının hər biri ilə bağlı konkret cinayət işləri var".
Unikal.org xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, erməni terrorçularına qarşı konkret cinayət işi ilə bağlı ittihamlar irəli sürülüb: "Bunlardan biri - Livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Onun barəsində cinayət işinə hərtərəfli və obyektiv baxılması üçün beynəlxalq konvensiyalara uyğun prosesin aparılması təmin ediləcək. Digər terorrorçularla bağlı cinayət işi də yekunlaşmaq üzrədir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".