“Biz Azərbaycanın erməni əhalisini ölkənin siyasi, iqtisadi və sosial həyatına inteqrasiya etmək üçün bütün addımları atmağa hazırıq”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Xarici işlər naziri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini reallaşdırdığını və ərazi bütövlüyünü bərpa etdiyini, Ermənistanla münasibətləri normallaşdırmağa və bu istiqamətdə çalışmağa hazır olduğunu vurğulayıb.
“Münaqişədən sonrakı dövrdə açıq suallar çoxdur. Ancaq biz onların həllinə hazırıq. Bu, həm Azərbaycan, həm də erməni xalqlarının və bütün bölgənin maraqlarına cavab verir. Ölkələr, ilk növbədə, bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər”, – C.Bayramov deyib.