Son bir ay ərzində Azərbaycan vətəndaşları Türkiyədə 131 daşınmaz əmlak alışı həyata keçirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Statistika İdarəsi məlumat yayıb. 

Məlumata əsasən, aprel ayı  ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan 8-ci sırada yer alıb. Belə ki, Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 96 ədəd və ya 3,7 dəfə artıb. Əvvəlki ayla (2021-ci il mart) müqayisədə isə 25 ədəd və ya 23,6 faiz çoxdur.

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 764 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2,1 dəfə azalıb.

Qeyd edək ki, 2021-ci ilin mart ayında xarici vətəndaşlar tərəfindən ümumi 4 132 daşınmaz əmlakın alışı həyata keçirilib. Satışların əksəriyyəti İstanbul, Antalya, Ankara, Mersin və Bursanın payına düşüb.