Türkiyənin İzmir şəhərində qəribə olay baş verib.
Unikal.org xəbər verir ki, restoranların birində aşpaz işləyən qadın müdiri tərəfindən döyülüb. Belə ki, buna səbəb qadının iş saatında uzun müddət telefonla danışması olub. Xəstəxanaya yerləşdirilən qadın müdirini polisə şikayət edib.
Qısa zamanda polis restoran sahibini saxlayıb. Faktla bağlı araşdırma aparılır.