Türkiyədə son sutka ərzində 238 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 11 min 534 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 83 min 996, pandemiya qurbanlarının sayı isə 44 min 59 nəfərə çatıb.
Türkiyədə indiyədək 4 milyon 856 min 763 pasiyent (son sutkada 55 min 472 nəfər) sağalaraq evə buraxılıb.