ABŞ rəsmi Bakı və İrəvanı sərhəddəki gərginliyi azaltmağa çağırıb.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Tvitter hesabında yazıb.
"Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəfləri təmkinli olmağa çağırırıq”,- ABŞ rəsmisi vurğulayıb.