Mayın 17-dən 23-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcək.

Unikal.org xəbər verir ki, yarışın ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Qitə birinciliyində Azərbaycanı məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (130 kq) təmsil edəcək. Milli bu gün Skopyeyə yollanıb.

Mayın 16-da güləşin bu növü üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin rəqibləri müəyyənləşəcək. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Mayın 18-də isə 61, 74, 86, 92 və 125 kq-da iştirak edən pəhləvanlar mübarizəyə qoşulacaq.

Avropa çempionatında 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.