"Tesla Motors" şirkətinin baş direktoru İlon Mask bu həftə itirdiyi pullarla gündəmə gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pandemiyada sərvətini əvvəlki kimi artıra bilməyən biznesmen əksinə azalmasından gileylənib.
Onun sərvəti həftənin əvvəlindən 20 milyard dollardan çox azalıb. "Forbes" dərgisinin yaydığı məlumatda qeyd edilib ki, onun sərvəti 145,5 milyard dollara enib. Belə ki, "Tesla"nın səhmləri həftənin əvvəlindən 15 faiz azalıb.
İlon Mask dünyanın ən varlı insanları siyahısında üçüncü sıradadır.