Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, pandemiyanın ikinci ili birinci illə müqayisədə daha çox insan ölümü ilə nəticələnə bilər.
Bu barədə Unikal.org xarici mətbuata istinadən xəbər verir.
"COVID-19 artıq 3,3 milyon nəfərdən çox insanın ölümünə gətirib çıxardı və biz pandemiyanın ikinci ilinin birinci illə müqayisədə daha çox öldürücü ola biləcəyinə gedən yoldayıq", - o deyib.
Qebreyesus həmçinin bildirib ki, koronavirusa yoluxma və ölüm faizi bütün dünyada nəzarətdən çıxıb. Onun sözlərinə görə, virusa ən çox yoluxma və ölüm faizinin azalması Şimali və Cənubi Amerikada, həmçinin Avropada müşahidə olunur. COVID-19-a yoluxma və ölüm sayında güclü artm Asiyada, ilk növbədə cənub-şərq regionu və xüsusilə Hindistanda özünü göstərir.
Xatırıadaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.