Ukraynanın iqtisadiyyat naziri İqor Petraşko və infrastruktur naziri Vladislav Krikli vəzifələrindən istefa veriblər.

Unikal.org xəbər verir ki, bu barədə “Xalqın xidmətçisi” partiyasının deputatı Aleksandr Kaçura sosial şəbəkə hesabında yazıb.

“Radaya nazirlər Petraşko və Kriklinin öz istəkləri ilə istefa ərizələri daxil olub. Kadr məsələlərinə çərşənbə axşamı günü növbədənkənar iclasda baxılacaq”, - deputat qeyd edib.