Dünya Zimbabvenin Mbire bölgəsində yaşayan Misheck Nyandoro adlı sakinindən danışır.
Unikal.org xəbər verir ki, 16 arvadı və 151 uşağı olan Nyandoro yenidən evlənəcəyi açıqlaması ilə gündəmə gəlib. Belə ki, 66 yaşlı kişi "Məqsədim 100 arvad almaqdır" deyə bildirərək, həyatından çox məmnun olduğunu qeyd edib.
Maddi çətinlik çəkmədiklərini də bildirən Nyandoro, torpaq sahəsinə sahib olduqlarını və övladları ilə birlikdə tarlada işləyərək pul qazandıqlarını söyləyib. Misheck Nyandoro, övladlarından ikisinin polis məmuru və altısının əsgər olduğunu da ifadə edib.