Ukraynada 111 əcnəbi kriminal avtoritetə qarşı sanksiya tətbiq edilib.
Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Ölkə başçısı deyib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının mayın 14-də keçirilən iclasında qərar qəbul olunub. Bundan başqa, "qanuni oğru" hesab olunan 557 şəxsə qarşı sanksiyalar tətbiq edilib.
Məlumata görə, sanksiya siyahısına düşənlərin aktivləri dondurulacaq, vətəndaşlıq ala bilməyəcək, ölkədən çıxarılacaq və Ukraynaya girişinə qadağa qoyulacaq.