Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 717 mindən çox artıb.
Unikal.org xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, ötən sutka ərzində 717 min 513 nəfər koronavirusa yoluxub, 13 min 43 nəfər dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 160 milyon 813 min 869, ölənlər isə 3 milyon 339 min nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (33,6 milyon), Hindistan (24,3 milyon), Braziliya (15,4 milyon), Fransa (5,8 milyon), Türkiyə (5 milyon) və Rusiyada (4,9 milyon) qeydə alınıb.