İtaliyanın kral ailəsi tərəfindən nəsildən-nəslə ötürülən brilyant tac İsveçrədə keçirilən hərracda 1,66 milyon dollara (təxminən 1 milyon 813 min manat) satılıb.
Unikal.org xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Brilyant və təbii mirvarilərlə bəzədilmiş tac XIX əsrə aiddir.
Qeyd edək ki, ziynət əşyası İspaniyanın kralı I Amadeo Savoyskinin italiyalı kraliça Mariya Vittoriya dal Poççoya toy hədiyyəsi idi.