Sakit Okeanda Çilinin Pasxa adasından cənub-şərqdə 5,5 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, təkanların episentri Pasxa adasında yerləşən və 160 minə yaxın əhalisi olan Puerto-Mont şəhərindən 1547 kilometr məsafədə, ocağı isə 10 kilometr dərinlikdə qeydə alınıb.

Sunami təhlükəsi barədə məlumat verilməyib.