Ukrayna prezidenti Volodimir Zelenski milli kiber qoşun bölməsinin yaradılması haqqında fərmanı imzalamağa hazırlaşır.

Unikal.org xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Ukrayna" telekanalının efirində bildirib.

"Bu qərar iclasda iştirak edən 21 üzvün hamısı tərəfindən yekdilliklə dəstəklənib. Düşünürəm ki, yaxın vaxtlarda prezidentin bununla bağlı fərmanı olacaq", - A.Danilov qeyd edib.

Şuranın katibinin sözlərinə görə, ötən gün keçirilən qapalı iclasda səkkiz məsələ müzakirə edilib. Onların arasında Ukraynanın kibertəhlükəsizliyi strategiyası, həmçinin ölkənin bioloji təhlükəsizliyi mövzuları da var.