Bütün xarici aviaşirkətlər təhlükəsizlik səbəbi ilə İsrailə uçuşları dayandırıblar.
Unikal.org xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiostansiyası məlumat yayıb.
Qeyd olunub ki, İsrailə uçuşları dayandıran son aviaşirkətlərdən biri Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur.
Xatırladaq ki, Qəzza sektorunda İsrail ordusu ilə Fələstinin hərbi qruplaşması arasında raket atəşləri mayın 10-dan intensivləşib.