İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.
Unikal.org xəbər verir ki, bu barədə baş nazirin dəftərxanası məlumat yayıb.
Qeyd olunub ki, baş nazir Baydenlə regiondakı son vəziyyət, İsrail tərəfindən atılacaq addımlar barədə məlumat verib.
Bundan başqa, Baydenin Fələstinin dövlət başçısı Mahmud Abbasla da telefon danışığı baş tutub. Bunu Fələstinin “Fatah” hərəkatının mərkəzi komitəsinin üzvü Hüseyn əş-Şeyx tvitter səhifəsində yazıb. Lakin onların danışığının təfərrüatları açıqlanmır.