Fələstin məsələsində birliyimizi və qətiyyətimizi göstərməyin vaxtı çatıb.
Unikal.org “TRT haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasında deyib.
O bildirib ki, fələstinlilərin müdafiəsi üçün beynəlxalq mexanizm yaradılmalıdır.
"Beynəlxalq ictimaiyyət fələstinli dinc sakinlərin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, bu məsələdə İƏT-in üzərinə də məsuliyyət düşür. Fələstinlilərin müdafiəsi üçün beynəlxalq mexanizm yaradılmalıdır. İnsanlar bizdən liderlik gözləyir. Türkiyə bütün lazımi addımları atmağa hazırdır", - deyə XİN rəhbəri əlavə edib.