Suriya ordusunun 3 hərbçisi silahlılarla atışmada öldürülüb, 4-ü isə yaralanıb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəhbərinin müavini kontr-admiral Aleksandr Karpov deyib.
O bildirib ki, hərbçilər 120 millimetrlik minaatanlardan və “ZU-23-2” qurğusundan atəşə tutulub.