Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin müavini Mirça Coane ilə görüşüb.

Unikal.org-un NATO-ya istinadən verdiyi xəbərə görə, görüş bu gün Brüsseldə, NATO-nun mənzil-qərargahında baş tutub.

xxx

10:48

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahını ziyarət edəcək.

Unikal.org xəbər verir ki, bu barədə alyansın mətbuat məlumat yayıb.

Səfər zamanı onun NATO Baş katibinin müavini Mirça Coana ilə görüşəcəyi qeyd olunur.