Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 214 nəfər koronavirusun qurbanı olub.

218 min 846 COVID-19 testi aparılıb ki, bunun da 9 min 528-i müsbət çıxıb.

Ağır xəstə sayı 1977-dir.

9 min 271 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 989 min 787-yə çatıb.