Çinin cənub-qərbində Yunnan əyalətində baş vermiş yeraltı təkanlar nəticəsində azı 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu ba4rədə regional seysmoloji idarə məlumat yayıb.
Hazırda qurbanların sayı barədə məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, axşam saatlarında 100 min sakinin yaşadığı Dali-Bai Muxtar Dairəsində 5.6 - 6.4 bal gücündə fasilələrlə təkanlar qeydə alınıb. Zəlzələnin ocağı, təxminən 8 km dərinlikdə olub.