Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbi qulluqçusu Pərviz Güloğlan oğlu Nağıyev Tovuz şəhər qəbiristanlığında dəfn olunub.

Unikal.org-un məlumatına görə, mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, çavuş P.Nağıyev 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. P.Nağıyevin 6 və 4 yaşında oğulları yadigar qalıb.