ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 0,57% artaraq 1 barelə görə 66,73 dollar təşkil edib.

Unikal.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,58% artaraq 63,95 dollar təşkil edib.