“Zirə” klubu 5 futbolçu ilə yollarını ayırıb.

Unikal.org xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç və Klesio Baukla klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb və onlarla yeni sözləşmə imzalanmayıb.

“Zirə” klubu futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.