Azərbaycanda iyunun 28-dək həftəsonları ictimai nəqliyyat və metro işləməyəcək.

Unikal.org-un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.

Qedy edilib ki, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.