“Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı artıb. Həmin siyasi partiyalara deputat sayına görə vəsait verilir. Ona görə də vəsait az ödənilir. Vəhdət Partiyasına və 6 siyasi partiyaya 3008 manat ötən illə müqayisədə daha az vəsait ödənilir”.
Unikal.org-un xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.
Nazir bildirib ki, hər bir partiyaya müvafiq açıqlama verilir: “Orada konkret məlumatlar qeyd edilir”.