"Microsoft" şirkətinin sahibi Bill Qeytsin 1990-cı illərdə aldığı 131 milyon dollarlıq malikanəsinin içini bu günə qədər çəkən olmayıb.
Unikal.org xəbər verir ki, hər kəsin marağında olduğu evi bir çoxları "sirrli malikanə" adlandırır. Dünyanın ən varlı adamlarından olan Bill Vaşinqton gölü sahilindəki evini heç vaxt göstərməyib.
Dəyəri 131 milyon dollardan çox olan villa 6132 kvadratmetr ərazidə yerləşir. Villada sualtı musiqi sisteminə malik olan hovuz, 230 kvadratmetr ərazidə dağın zirvəsindən çıxarılan daşlarla döşənmiş idman zalı, 93 kvadratmetrlik yemək otağı, kitabxanası, SPA salonu, balıq tutmaq üçün böyük ərazisi var. Evə 7 yataq, 24 vanna otağı var. Evdə hər şey ən bahalı və yüksək səviyyəli materiallardan hazırlanıb.