Sakit okeanın cənub-şərq hissəsində 5,5 bal gücündə zəlzələ baş verib.

Unikal.org  xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Fransa Polineziyasının Papeyete şəhərindən 3 min 574 km şərqdə qeydə alınıb. Zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.