Nigeriyanın Teqina şəhərində naməlum silahlı şəxslər internat məktəbinə hücum edərək 200 şagirdi oğurlayıblar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, silahlılar günün ikinci yarısında hadisəni törədiblər. Məktəbə hücum zamanı ölən, yaxud yaralanan yoxdur.
Qeyd edək ki, bundan öncə də Afrika ölkəsində analoji hadisələr baş verib.