ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 0,54% artaraq 1 barelə görə 69,09 dollar təşkil edib.
Unikal.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,60% artaraq 66,72 dollar təşkil edib.