Fransanın paytaxtı Parisdə 5 min nəfərin iştirakı ilə konsert təşkil edilib.  

Unikal.org xəbər verir ki,  "AccorHotels" arenasında təşkil edilən konsertdə iştirakçılardan maska ​​və test nəticəsi istənilib.  Amma sonradan sosial məsafənin  qorunmaması  kimi fotolar sosial mediada paylaşılıb. Bir zaman koronavirusun episentri olan Fransadan gələn bu görüntülər hər kəsin narahatçılığına səbəb olub.