Rusiyada son sutka ərzində daha 8475 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 071 917 nəfərə çatıb.
Son sutka ərzində 339 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 121 501 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.