Çin hökuməti ailələrə üç övlad sahibi olmağa icazə verilib.
Unikal.org-un məlumatına görə, bu barədə qərar Çin Kommunist Partiyasının iclası zamanı qəbul edilib.
Qərarın nə zaman qüvvəyə minəcəyi müddəti açıqlanmayıb.
Qeyd edək ki, Çində 1970-ci illərdən etibarən ailədə yalnız bir övlad sahibi olmağa icazə verilirdi. Bu qaydanı pozan ailələr böyük məbləğdə cərimə olunurdu.
Bir neçə il əvvəl ailələrdə ikinci övlada icazə verilib.
2020-ci ilin sonunda Çində 1,41 milyard əhali qeydə alınıb.