Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Fransaya səfəri etirazla qarşılanıb.
Unikal.org xəbər verir ki, bu gün bir qrup erməni Parisdəki Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Etirazçılar "Nikol satqındır", "Təslimçi" və "Satqın" şüarlarını səsləndiriblər.
Aksiya iştirakçılarından biri Paşinyanın “it kimi gəbərməsini” arzulayaraq, “bu, sondur, bu, sənin Fransaya dövlət büdcəsi hesabına sonuncu səfərindir”, - deyə qışqırıb.