“Belarusdakı təyyarə hadisəsi ilə bağlı Avropa İttifaqının mövqeyini və elan etdiyi sanksiyaları dəstəkləyirik”.
Unikal.org xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri iclasından sonra mətbuata açıqlamasında deyib.
“Şimali Atlantika Alyansı Şurası bir NATO paytaxtı olan Afinadan digər bir NATO paytaxtı Vilnüsə gedən sərnişin təyyarəsinin enməyə məcbur edilməsini şiddətlə qınayan güclü bir bəyanat qəbul etdi.
Müttəfiqlər beynəlxalq mülki aviasiya qaydalarını və insan hüquqlarını pozan bu hadisə ilə bağlı istintaq başladılmasına çağırış edib.
NATO ölkələri xüsusən məcburi enişdən sonra saxlanılan belaruslu jurnalist və onun dostunun azad olunmasını tələb edib”, - baş katib vurğulayıb.
“NATO ölkələrinin xüsusən Aİ ölkələri tərəfindən qəbul edilən sanksiya və tədbirləri tətbiq etmələrini məmnuniyyətlə qarşılayıram”, - Stoltenberq əlavə edib.