İraqın şimalındakı Avaşin ərazisində keçirilən “Pençe-Yıldırım” əməliyyat çərçivəsində PKK-nın bir neçə terrorçusu zərərsizləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"İraqın şimalında, Avaşin ərazisində “Pençe-Yıldırım” əməliyyatı davam edir. Türkiyənin Hərbi Hava Qüvvələri əməliyyat çərçivəsində PKK-nın aşkar edilmiş 8 terrorçusunu zərərsizləşdirib", - xəbərdə deyilir.