Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 171 milyon 938 min 586 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 575 min 782 nəfərdir. İndiyədək 154 milyon 427 min 901 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutkada 352 685 nəfər koronavirusa yoluxub, 8055 pasiyent dünyasını dəyişib.