Ermənistan prezidenti Armen Sarkisyan iyunun 3-də Qazaxıstana işgüzar səfər edəcək.

Unikal.org  xəbər verir ki, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

Sarkisyan Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev, ölkənin ilk prezidenti Nursultan Nazarbayev və parlament rəhbərliyi ilə görüşəcək.

Görüşlər zamanı həm Ermənistan-Qazaxıstan ikitərəfli əməkdaşlığı, eyni zamanda Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.