Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 114,2% əməl edib.
Unikal.org xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev "Tvitter" sosial şəbəkəsindəki hesabında bildirib.
"Nəzərdə tutulan proqnozdan əlavə 206,3 milyon manat gömrük ödənişləri toplanaraq büdcəyə köçürülməsi təmin olunub" - deyə o qeyd edib.