Qırğızıstan prezidenti Sadır Japarovun avtomobil korteji qəzaya uğrayıb.
Unikal.org xəbər verir ki, hadisə İssık-Kul vilayətində baş verib. Kortejin irəlilədiyi yolda qarşı tərəfdən avtomobillərdən biri əks-zolağa daxil olub. Nəticədə maşınlar toqquşub. Hadisə zamanı Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ölüb, 3 nəfər yaralanıb.
Sadır Japarovun xəsarət almadığı bildirilir.
Qeyd edək ki, məlumata görə, qəzanı törədən avtomobilin sürücüsü sərxoş olub.