Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Əliyev Qəhrəman Ağabəy oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.